воскресенье, 27 июня 2010 г.

2. Müqəddimə

Bu günki günümüzdə müsəlmanların vəziyyəti necə də ürək yandırıcıdır. Çünki, ac insanların süfrə başına cəm olması kimi bütün xalqlar da onların əleyhinə cəm olmuşlar.

Vahid ümmət sayılan müsəlmanların arasında fitnə və parçalanmanın yaranması və ixtilafın gün-gündən genişlənməsi missiyası özünü doğrultduqdan sonra onlar öz murdar məqsədlərini müsəlmanların bir-birini vurması ilə həyata keçirdilər.

Müsəlmanların mübarək oyanışının çoxalmasını və öz ölkələrində Qur'an və sünnət hökmlərinin icrasına sə'y etməyi görmək İslam düşmənləri üçün çətin oldu.

Məxsusən bu təşəbbüslərdən biri özünü doğrultduqdan sonra o, dünya istikbarçıları üçün qorxulu zərbəyə çevrildi. Halbuki, onu aradan aparmaq üçün müxtəlif yollar və vasitələrdən istifadə etməyə çalışırdılar. Nəhayət yüz illər boyu dəfn olunmuş tayfa və sünni-şi'ə məzəbi arasında olan ixtilafları üzə çıxardılar.

Müsəlman məntəqələrimizdə bu işi həyata keçirmək müstəmləkəçi muzdurlvara, ələlxüsus iki şərafətli hərəmə xidmət pərdəsi altıda müqəddəs torpaqlara hakim olan Hicaz sultanlarına həvalə olundu. Onlar da öz növbəsində Ərəbistan yarımadası və onun xaricində özlərinin muzdla tutulmuş vaizlərinə müxtəlif kitablar yazaraq yayımına əmr etdilər. Bu kitabların məzmunu, şi'ə idealogiyasına vurulan küfr, atəşpərəstlik, yəhudilik, nəsranilik və başqa boş-boş sözlərdən ibarət tə'nələr təşkil edirdi. Təəssüf ki, bir çox sadəlöhv və təəssübkeş insanlar həmin zəhərli kitablarda deyilən mövzular ətrafında təhqiqat və axtarış aparmadan təsdiqləyərək, bu yırtıcı hücumun qurbanlarına çevrildilər. Onu da deməliyəm ki, həmin kitablar milyonlarla nüsxə halında bütün İslam ölkələrində paylaşılırdı.

Mən də başqa müsəlmanlar kimi bu hücuma mə'ruz qaldım. Bu da bə'zi hərəkatlar tərəfindən həyata keçirilirdi. Onların məqsədi guya, sünniləri şi'ənin xətərindən qorumaq, eyni zamanda sözləri yəhudi və atəşpərəstlikdən qaynaqlanan bu tayfanın idealogiyasından qorumaq idi. ədəb qaydalarından uzaq olmaq və şi'ənin həqiqətini bu cür töhmətlərlə vəsf etdikləri üçün əvvəllər mənim də nəzərim mənfi idi. Eyni belə mülahizələrim də var idi ki, onların haqqı əksər hallarda şişirdilərək tamamilə əks qələmə verilir.

Onu da deməliyəm ki, mən, Fələstində sünni ailəsində anadan olmuşam. Oranın əhalisinin çoxu "əhli-sünnət və cəmaətdən" ibarət idi. Həmçinin elə e'tiqad edirdim ki, "əhli-sünnət və cəmaət" məzhəbi ən doğru tayfadır. Lakin bununla belə şiədə küfrlə bağlı bir şey görmürdüm. Şi'ələr barədə bildiyim şeylər bundan ibarət idi ki, onlar Əlinin (ə) mənzilətini qaldıraraq başqa səhabələrdən üstün tuturlar. Lakin mən, əksər sünnilərin, Əlinin (ə) layiq olmadığı bir mənzilətə sahib olmasına e'tiqad etmələrinin səbəbini bilmirdim. Onların e'tiqadı, Əlini (ə) "Rafiidin" xəlifölərinin dördüncüsü olması və Müaviyə, Əmr-ibn-As və başqa səhabələrin mənziləti ilə bərabər tutmaqdan ibarət idi.

Lakin mənim nəzərimcə Əlinin (ə) mənziləti barəsində olan mübaliğə, şi'ələri İslam dairəsindən xaric etmir. Həmçinin bizim bə'zi alimlərimizin sözü tərəddüd doğururdu. Bunun da səbəbi, guya şi'ələr Əlini (ə) Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməddən (s) üstün tutması, risaləti çatdırmaqda Cəbrailin səhv etməsinə e'tiqad etmələri, hətta bə'zi hallarda Əlini (ə) allahlaşdırmaları və Qur'andan başqa bir qur'an kitablarının olması idi. Lakin mən bunları heç vecimə də almırdım. Ələlxüsus orta məktəbdə oxuyarkən "İslam tərbiyəsi" mövzusunda dərs deyən ustadımın sözü ölənədək mənim yadımdan çıxmayacaq. O deyirdi: "Şi'ələr bir neçə tayfadan ibarətdilər, hətta onlardan bə'zisi Əlini (ə) allahlaşdırırlar. Lakin "Cəfəriyyə" məzhəbi ilə məşhur olan "On iki imamçı şi'ələr" sünni məzhəbinə daha yaxın olan məzhəbdir və onların ardıcılları da müsəlmandır.''

Bu sözlər doğruluq, təqva və geniş elmi nəzəriyyələrə malik olduğuna e'timad etdiyim bir şəxs tərəfindən deyilmişdi. Eyni zamanda mən ona, İslam və özünün məzhəbi sayılan sünni məzhəbinə müxalif olan nəzəriyyələr söyləyən şəxslərə qarşı ədalətli və obyektiv olduğu üçün e'timad edirdim. Bu sözlər günlər və illər keçdikcə mənim qulaqlarımda cinkildəyirdi. Eyni zamanda qohümlarımdan birinin gördüyü işlər mənə xoş tə'sir bağışlamışdı. Mən, onun "Allah dininə" də'vət və müsəlmanların vəhdəti uğrunda ciddi çalışqanlığındakı, ixlasa heç vaxt şəkk etmirdim. Artıq bu anlayış mənim daxilimdə həkk olunaraq real həqiqətə çevrilmişdi. Məxsusən o, əsrimizdə yaşamış sünni alimlərinin çoxunu şi'ələri muvəhhid (tək Allaha ibadət edən) müsəlman görmələrini bildikdən sonra daha da təkmilləşdi. O alimlər bunlardır: Həsən-əl-Bəina, Seyyid Qutb, Əlməvdudi, Şeyx Əbdül-Həmid Keşk, Şeyx Muhəmməd-əl-Qəzali, Şeyx Şəltut, Ustad Bəhnəsavi, Təlməsani, Ənvər-əl-Cundi, Həsən Əyyub, Səid Həva, Fəthi Yəkən, Əbu Zöhrə, Yusif-əl-Əzm, Qənuşi və bunlardan başqa çox-çox alimlərin kitablarını oxumaq şərəfinə nail oldum. Hansı ki, bu kitablar kələcək nəslin İslami oyanış kitabxanalarının bəzəyidir. Eyni zamanda bütün bunların hamısı şi'ənin müsəlman olması barədə məndə heç bir şəkk aşılamırdı. Hətta mən sünni məzhəbini, şi'ə məzhəbindən də ayırmırdım. Çünki, haçansa onlardan birini müsəlman digərini kafir qərar verməmək üçün, bu iki məzhəb arasında olan ayrılığa göz yummuşdum. Əslində mən bu işin təfsilatını bilmirdim və bu barədə fikirləşərək axtarış aparmağa da hazır deyildim. Öz-özlüyümdə tarixi alt-üst etməyə səbəb olan axtarışlara və heç bir nəticəyə aparıb çıxarmayan dolaşıq yollara girməyə ehtiyac duymurdum. Elə o vaxtlardan bu qənaətə gəlmişdim ki, bu qəbilədən olan parçalanma və ixtilaflar ətrafında axtarış aparmaq bir növ fitnədir. Hətta bu barədə danışmaqdan belə çəkinmək lazımdır. Çünki, onların hər ikisi müsəlmandır. Aralarında baş verən hadisələrə baxmayara müsəlman olduları üçün Əli (ə) və Müaviyəyə də eyni nəzərlə baxırdım. Sünni və şi'ə məzhəbi də mənim nəzərimdə bu cür idi.

Səksəninci illərin ortalarında Universitet təhsilimi tamamlamaq üçün qürbət ölkəyə səfər etməyim, bu fitnəni alovlanması və şi'ə idealogiyasından şiddətlə çəkindirməklə üst-üstə düşdü. Əksər hallarda bu iş, İranda İslam inqilabı və onun rəhbərinə tə'nələr etməklə olurdu. Lakin mən belə e'tiqad edirdim ki, o şəxs bütün bu vəzifələrin həqiqi daşıyıcısıdır. Çox hallarda isə özümü, şi'əni kafir bilmədiyim üçün müqəssir bilirdim. Lakin nə qədər müdafiə mövqeyi tuturdumsa, gələn hücumlar əvvəlkindən daha şiddətli olurdu. Hətta bir gün onlardan biri mənə dedi: "Sən bir yol seçərək öz məzhəbini aşkar surətdə tə'yin etməlisən." Ola bilməz ki, eyni zamanda mən həm sünni, həm şi'ələrə qarşı şəfqətli, həm də İslam inqilabını dəstəkləyim. Çünki bu, həmin şəxsin rə'yinə görə ideoloji bir məsələ idi və bu işdə səhlənkarlıq da etmək olmazdı. Onu da gizlətməməliyəm ki, şi'ə məzhəbi ilə müfəssəl tanışlığımın olmaması məni sıxıntı və çətinliklərlə üzləşdirirdi. Hətta bə'zi iddiaçıların dediyi: "Şi'ələri imamət, təqiyyə, ismət və səhabələri kafir bilmək ideyası, İslamdan xaric edir" sözünə nə cavab verəcəyimi heç özüm də bilmirdim. Bu səbəbdən də daxilimdə şi'ənin həqiqəti barədə şəkklər baş qaldırırdı. Beləliklə məndə bu ideologiyaya qarşı böyük maraq hissi yarandı. Artıq mən özümü çoxlarının uzaq qaçdığı bir işə sürüklənən görürdüm. Bu da həqiqət barədə olan axtarış idi. Çaşqınlıq və şəkkə müəyyən hədd qoymaq üçün uzun müddət idi ki, çalışırdım. Lakin bunu necə etməli idim? Şi'ələri kafir bilən əhli-sünnət alimlərinin müəllifi olduğu kitabları oxumaqla kifayətlənməli idimmi? Bu qəbildən olan kitabları əvvəllər çox oxuduğuma baxmayaraq heç bir qənaətə gəlməmişdim. Bunun səbəbi də adı çəkilən müəlliflərin elmi bəhslərdə mövzu və dəlil gətirməyə səbəb olan ədəb və elmi ruhiyyədən uzaq olmaları idi.

Qəzali, Bəhnəsavi, İzzəddin İbrahim və bu kimi sünni-şi'ə məsələsini qondarma ixtilaf hesab edən liberal sünni alimlərinin rə'yləri ilə kifayətlənimmi? Lakin bu rə'ylər problemləri həll etmirdi, əksinə olduğu kimi saxlayırdı.

Qarşımda həqiqəti şi'ə kitablarında axtarmaqdan başqa bir yol qalmadı. Lakin əvvəllər bu seçimdən tamamilə uzaq qaçırdım. Çünki, mən elə düşünürdüm ki, şi'ələr kitablarında özlərinə məxsus yollar və hədislərə əsaslanaraq dəlil gətirirlər. Bu da bizim nəzərimizdə hüccət hesab olunmur. Lakin bu əsnada tanış olduğum dostumdan "Əl-muraciat" adlı kitabı əldə etdim. Xoşbəxtlikdən o da mənim kimi, şi'ənin həqiqəti barədə olan axtarışlarla maraqlanırdı. O, bu kitabı oxumağı ona nəsihət etmiş şi'ə dostlarının birindən almışdı. Bunun da səbəbi dostumun şi'ə ideologiyası ilə yaxından tanış olması üçün ondan kitab istəməsi idi.

"Əl-muraciat" kitabının müəllifi şi'ə olmağına baxmayaraq öz e'tiqadlarının haqq olmasını sünnilərin hədis kitabları ilə məxsusəndə "Səhiheyn" vasitəsilə sübuta yetirməsi məni dəhşətə saldı.

Mən, bu kitabda insanları çaşdıraraq parçalayan bir həqiqət ətrafında axtarış aparmağa sövq etmək gördüm. Daim çalışırdım ki, bu kitabın məzmunu üzərində bə'zi dostlarla aparılan bəhslər və diskussiyalarda iştirak edim. Kitab, sünni alimi, "Əzhər"in Şeyxi Səlim-əl-Bişri ilə əsli Livanlı olan şi'ə alimi İmam Şərafuddin-əl-Amilinin arasında cərəyan edən məktublaşmalardan ibarət idi. Məktublarda sünni və şi'ə məzhəbi arasında olan ən ümdə ixtilaflı məsələlərdən söhbət açılırdı. Onu da deməliyəm ki, bu kitabda oxuduqlarım mənim üçün çox gözlənilməz oldu. Şişirtmədən deməliyəm ki, bu mənim üçün ömür boyu unudulmayan bir qəlb yarasına çevrildi. Mən heç vaxt gözləmirdim ki, sünni və şi'ə məzhəbi arasında olan ixtilaf bu kitabda deyilən şəkildə olsun. Mənə aydın oldu ki, tarix və hədis mövzusunda mə'lumatı olan hər bir şəxs kimi mən də cahiləm. Hansı ki, o şəxslərin arasında "Şəriət" elmi sahəsində doktorluq şəhadəti daşıyanlar var idi. Sən bunu bəhsin təfsilatında da görəcəksən. O kitabda deyilən bə'zi həqiqətlər bizim üçün ona görə ağır idi ki, müəllif dəlillərin Qur'an və "Səhiheyn"də olmasını iddia edirdi. Bizlərdən bə'zisi həqiqətəndə onun doğruluğuna şəkk edirdi, hətta dostlardan biri dedi: "Əgər bu şi'ə müəllifin iddia etdiyi həqiqətlər doğrudanda Səhihi-Buxaridə varsa, bu gündən sonra mən, Buxarinin bütün hədislərini inkar edəcəyəm." Onun sözündə məqsəd yalnız bu idi ki, o şi'ə alimin doğrucul olması mümkün deyildir. Biz belə hiss edirdik ki, bu kitabda deyilənlərin hamısının doğru olması, bizə sünni və şi'ə məzhəbi arasında olan ixtilafların həqiqətini başa düşmək sahəsində çox kömək edəcək.

"Əl-muraciat" kitabında deyilən mövzular ətrafında təhqiqat işləri aparmaq üçün "Səhihi-Buxari"ni özümüzün görməyi zəruri idi. Çox böyük çalışmaqlıqdan sonra "Səhihi-Buxari"nin bir nüsxəsini əldə etməyə Allah bizə müvəffəq etdi. Şi'ə aliminin "Səhihi-Buxari"də olan mövzulara bu cür işarə etməsi mənim üçün gözlənilməz oldu.

Ola bilsin ki, bə'ziləri soruşsun: "Səhihi-Buxari nə üçün bu qədər diqqət mərkəzindədir?" Mə'lumdur ki, Allahın kitabından gətirilən dəlillərin əksər hallarda tə'vil olunmasına ehtiyac duyulur. Çünki, onun əsl təfsirindən bir mə'nadan daha çox mə'nalara ehtimal olunur. Məsələn (ayə -). Bu ayədə qaşqabaqlı və kor adamın adı çəkilmir. Rəvayət olunan hədis də öz növbəsində bunu izah edir. "Səhihi-Buxari" sünni məzhəbinin nəzərində öz doğruluğu e'tibarı ilə Allah kitabından sonra birinci yeri tutur. Onlar bu kitaba əməl etməyi özlərinə lazım bilirlər. Beləliklə də hədis Qur'ani-Kərim ayələrinin təfsirində olan ixtilaflara hədd qoyur.

Bu mövzu ətrafında əlavə kitablar oxuduqca, həqiqətən mənim üçün daha da aydınlaşırdı. Hətta sonda o, şəkk olunmaz və daha dolğun şəkildə mənim üçün aydın oldu. Lakin məni həmişə bir sual maraqlındırırdı. Bu da ondan ibarət idi ki, nə üçün sünni məzhəbində mö'təbər məsdərlərə əsaslanmasına baxmayaraq, tarixi hadisələr və Peyğəmbərin (s) hədislərinin çoxunu bizdən gizlədirlər. Halbuki, onlar əsrlər boyu sünni və şi'ə məzhəbində olan qaranlıq ixtilaflı məsələlərin çoxunu açıqlayırdı. Məgər bə'zilərin iddia etdiyi kimi həqiqətləri gizlətmək və qarışdıraraq üzərinə pərdə çəkmək, fitnəni qarşısını almaq üçün bir bəhanə ola bilərmi? Məgər həqiqətləri gizlədərək saxtalaşdırmağın özü fitnə deyilmi?

Bu həssas məsələ üzərində axtarış aparmağa başlayarkən, şi'ələrin müsəlman olub-olmamasını təhqiq etmək mənim ən ümdə məqsədim idi. O zamanlar "sünni və cəmaət" məzhəbinin doğru yolda olmasında mənim heç bir şəkkim yox idi. Lakin bu mövzu ətrafında bir qədər axtarış, təfəkkür və mütaliə etdikdən sonra çox dəhşətli ayrılığa aparıb çıxaran nəticəyə gəldim. Amma bir an belə tapdığım həqiqəti qəbul etməkdə tərəddüd etmədim. Niyə görə də qəbul etməməliydim? Halbuki onlar, sünni məzhəbində dəlil sayılan hüccət və bürhanlara söykənirdi. Eyni zamanda Allah-təalanın bütün məxluqat üzərində hüccət bildiyi əql ilə uyğunlaşırdı. Artıq bu həqiqəti bizim bir dəstə tələbəmiz də qəbul etmişdi. Lakin bu iş, bə'zi təəssübkeşləri narahat edirdi və onlar da öz növbəsində bizim kafir olmağımıza və salamımızın cavabını almağın cayiz olmamasına hökm verdilər. Bizim əleyhimizə şaələr yayırdılar. Bu şaələrin ən yüngülü o idi ki, biz şi'ə məzhəbini qəbul etdiyimiz üçün İran səfirliyindən hər ay 300 (üç yüz) dollar maaş alırıq. "Səhihi-Buxari"dən onlara dəlil gətirərkən deyirdilər ki, bu qondarmadır və həqiqi Səhihi-Buxari deyildir!!?

Bir tərəfdən cəhalət və təəssübkeşlik, başqa bir tərəfdən şi'ənin məzlumiyyəti qarşısında belə qərara gəldim ki, bu axtarışın xülasəsini qələmə alaraq, hər bir həqiqət axtarışçısına ərməğan edim. Qoy bütün insanlar bu kitabı mütalə etsin. Şi'ələrə yalançı və azğın iftirası atıldığı hətta bə'zilərin bu işi cayiz bildiyi halda, haqqın yazılaraq yayılmasına daha çox ləyaqəti var.

Bu kitab bə'zi təəssübkeşlər üçün əziyyət və qəlb yarasına çevrilməsinə baxmayaraq mən onlardan soruşuram: "Kimdir müqəssir?" Bu kitab, mühüm ixtilaflı məsələlər ətrafında hər iki tayfanın qətiyyətli cavab və rə'ylərindən təşkil tapmışdır. Onda heç bir diqqətsizliyə yol verilməmiş, əksinə sünni məzhəbində Səhhi-Buxari və Müslim kimi birinci dərəcəli mö'təbər və inanılmış mənbələrdən qaynaqlanmış dəlil və bürhanlarla dəstəklənmişdir. Bəs nə üçün onlar, bu həqiqəti tanımaqdan sapındıran cəhaləti müqəssir bilmirlər? Yaxud da nə üçün Buxari, Müslim və başqa hədis alimlərinin bu qəlb yarasını öz kitablarında yazdıqları üçün müqəssir bilmirlər? Necə ola bilir ki, sünnilər o iki "Səhih" kitabda deyilən bütün hədisləri özləri üçün lazım bilirlər?

Biz bu bəhsdə "On iki imamçı şi'ə" məzhəbi barəsində söhbət açaçağıq və onların ardıcılları da Əli (ə) və Əhli-Beytdən (ə) olan imamçıların, Peyğəmbərdən (s) sonra xilafətinə e'tiqad edənlərdir. Amma Əlini (ə) allahlaşdırıb və ya peyğəmbərləşdirərək şi'ə adı altında fəaliyyət göstərən bə'zi tayfalardan Şi'ə uzaqdır. Nə üçün bə'zi şəxslər bu tayfaları şi'ələrdən olmasına israr edirlər? Nə üçün bu cür boş-boş şaiələri yaymaqla avam və savadsız müsəlmanları azğınlığa aparırlar? Müsəlmanların pak dinində və tarixində olan bu cür çirkin qondarmalar nəyə lazımdır?

26 Şaban 1411-ci hicri ili,
Əs 'əd-əl-Qasim.
Manila

Комментариев нет:

Отправить комментарий